Emre Altuğ müflis oldu?

Emre Altuğ müflis oldu?
2197 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emre Altuğun şərik olduğu İzmir Alaçatıdaki məkan iki aydır ki, çalışa bilmir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pulsuzluq ucbatından məkandakı bütün konsertlər təxirə salınıb.

İyunda Dəniz Səki konserti ilə yaya başlayan və bir çox tanınmışın tədbirini keçirdiyi "Alaçatı Gazino Sako" musiqiçilərə və işçilərə olan borcunu ödəyə bilmir.

Tədbirlərin hamısını təxirə salan məkan yayın sonuna kimi də heç bir konsert olmayacağını bildirib.

"Verilən sözlər tutulmadı, konsert ödəmələrini vaxtında ödəməyən Çeşme Alaçatıda sənətçi ovuna çıxmış "Gazino Sako" adlı məkanla müqaviləmiz bitdi. Mən və mənim kimi olub bunu dilə gətirə bilməyən bir çox sənətçi dostum adına bu paylaşımı edirəm. Bu işə yeni başlayanlar və işi yaxşı bilməyənlər üçün vəkilim vasitəsilə dava açacam" deyə, müğənni Deha Bilimlier sosial şəbəkədə yazıb. O, məkanda konsert verib, pulunu ala bilmədiyini söyləyib.

Emre Altuğ, Eser Özcan və Kaan Dağdelenin şərik işlətdiyi məkanla bağlı şikayətlərin arası kəsilmir.