Tənqidlərə sərt cavab verdi
Müğənni Hatice İnstaqram hesabında ona tənqid yazanlara cavab verib.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, ifaçı fotosunu paylaşaraq bu sözləri yazıb:
“Tətilə gedərkən fotoqraflara zəng edib xəbər edəndə bu olur şou xəbəri. Öz səhifəndə bikinili foto paylaşanda isə əxlaq dərsi keçərlər. Bir qadın qadınla sevişəndə hamı qürur duyar, sevinər. Başqa bir qadın foto paylaşar, tənqid olunar. Şükürlər olsun ki, hələ insanam. Qəlb qırmıram, təhqir etmirəm və gözəl düşünürəm”.