Səidə onlara "qıjı" dedi, qalmaqal yarandı - Video

Səidə onlara "qıjı" dedi, qalmaqal yarandı -  Video
4029 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Səidə Sultanın sosial şəbəkədə paylaşdığı video qalmaqala səbəb olub.

Axşam.az-ın məlumatına görə, sənətçi insanların bir çoxuna “qıjı” deyə təhqir edib:

“Heç vaxt demirdim, amma artıq deyirəm: biz "qıjılaşmışıq", artıq "qıjıyıq". Kimin xətrinə dəyirsə, öz payına götürürsə, özü bilər. Amma çox heyif, o qıjılara görə, musiqimiz də bərpad günə qalıb. Davranışımız da, şəhərimiz də onlara görə pis, sözbaz günə qalıb. Bezirik bəzən. Siz "qıjılara" görə nə qədər azərbaycanlı vətəndən gedir. "Qıjılar", çoxsunuz ey. Amma nə edək, dözməliyik. Gəlin bir "qıjı" bayramı keçirək”.

Onun bu sözlərini sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıblar və təhqirlə cavab veriblər. Bəziləri isə onun bu ifadələri kişilərlə içki içərkən videosu yayılan Mətanət Əsədovaya ünvanladığını bildirib.

Səidə təhqirlərə "Qıjıkimilər dəstəsi, itilin səhifəmdən. Araya yerlibazlıq davası salmayın. Hamımız azərbaycanlıyıq. Qurban olum başadüşən bakılıma da, rayonluma da. Savadlı, savadsız, əsas odur “panyatkanız” olsun. “Qıjı” sözünü üstünə götürüb odlananlar, di gedin” cavabını verib.