"Victoria's Secret"in mələyi ikinci dəfə ana olacaq - Foto

"Victoria
753 dəfə oxunub
  • A-
  • A
  • A+

32 yaşlı model Lili Oldric ikinci dəfə ana olmağa hazırlaşdığını açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uşağın atası isə modelin əri, "Kings of Leon" qrupunun solisti Kaleb Follouilldir.

"Victoria's Secret"in mələyi bikinidə və hamilə qarnının göründüyü şəklini sosial şəbəkədə yayımlayıb. Onu təbrik edənlər arasında izləyiciləri ilə yanaşı məşhurlar da yer alıblar.

Qeyd edək ki, model və musiqiçi "Coachella" festivalında 2007-ci ildə tanış olublar. 4 ildən sonra isə onlar evləniblər. 2012-ci ildə onların qızı Diksi Perl dünyaya gəlib.