"Məndə elə bir hiss yoxdur" - Kamilə Babayeva

"Məndə elə bir hiss yoxdur" - Kamilə Babayeva
3941 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleaparıcı Kamilə Babayevanın Milli.Az-a müsahibə verib.

Axşam.z həmin müsahibəni təqdim edir:

- Kamilə xanım, aparıcılıq yoxsa aktrisalıq. Hansı daha yaxşıdır?

- Desəm ki, aktrisalığa daha əvvəl başlamışam, tamaşaçılara qəribə gələr. Hələ uşaq ikən Tofiq Tağızadənin "Bağ mövsümü" filmində çəkilmişəm. Bu sənətdə kariyeram məhz kinodan başlayıb.

- Bu günkü gündə çəkilən seriallar sizi qane edir?

- Bizim tamaşaçımız daha çox nəyisə bəyənməməyin tərəfdarıdır, nəinki bəyənməyin. Bizdə belə bir tendensiya var. Hər şeyə tənqidi yanaşırıq. Pisləməyə meylliyik, sevirik onu. Məşhur aktyorumuz Səməndər Rzayevin dediyi kimi, "Bu kino ki, var, həm qəlizdir, həm də maraqlı. Bugünkü gündə də kino, serial çox çətindir. Mənim son çəkildiyim ekran işi "Məryəm" serialı oldu. Təklifi qəbul edəndə insan sevinir. Amma serialın mətbəxində olanda, görürsən ki, gündəlik çəkiliş prossesi hədsiz dərəcədə çətindir. Əgər çəkilən aktyora bu qədər çətindirsə, siz fikir verin orda işləyən komandaya nə qədər çətindir. Biz gecənin yarısına kimi çəkilişdə oluruq. Tutaq ki, mən çəkilib getdim, səhər çəkilişim yoxdur, amma eyni komanda gündəlik çəkilişdə olur. Onu da deyim ki, "Məryəm" serialı gündəlik çəkilirdi.

- Necə obrazları oynamağı sevirsiniz?

- Xasiyyətimə zidd olan obrazları oynamağı sevirəm. "Məryəm" serialındakı obrazım da elə idi. Ümumiyyətlə tamaşaçı bizi efirdən olduğumuz kimi görür. Tamaşaçıya bizim görünməyən tərəflərimiz maraqlıdır.

- "5-ci element" verilişinə də aparıcılıq edirsiniz. Bu veriliş ürəyinizcədir?

- Bəli, veriliş çox ürəyimcədir. Biz bu verilişdə sırf dostlarımızla birləşmişik.

- Heç olubmu ki, aranızda nəsə narazılıq olsun?

- Əlbəttə olur. Mümkün deyil ki, nəsə olmasın.

- Ən çox aranı qarışdıran kimdir?

- (gülür). Elə olub ki, gecə saat 4-ə kimi çəkilişimiz olub, amma verilişi efirə verməmişik. Material çəkilib, sonradan baxmışıq ki, candərdidir. Hərəmizin üzündə bir ifadə var, o buna tikan atır, söz atır.

- Ən tez kim yorulur?

- Tez yorulanı bilmirəm, amma ən gec mən yoruluram (gülür).

- Kameranın işığı sönəndən sonra necə biri olursunuz?

- Mənə elə gəlir ki, həyatımda heç vaxt kamera sönmür. 24 saat ərzində kamera məni çəkir. O da həyat kamerasıdır. Mənə elə gəlir ki, mənəvi cəhətdən daha çox həyat rəngarəng olmalıdır. Kino, televiziya sənin boş qalan müəyyən depolarını doldurur. Həyatının içində elə bir işıq olmalıdır ki, o səni ömrünün axırına kimi müşahidə etsin.

- O işıq var?

- O işıq şükür Allaha var.

- Gənc teleaparıcılardan razısınız?

- Mən daha çox xoşlayıram sevim nəinki sevməyim, bəyənim nəinki bəyənməyim. Hər şeyi də bəyənmək mümkün deyil.

- Bəyəndikləriniz çoxdur bəyənmədikləriniz?

- Bəyənmədiklərimi çalışıram ki, görməyim.

- Allah saxlasın, bir qız övladınız var. Analıq sizin üçün necə bir hissdir?

- Qızım mənim dostumdur. Məndə elə bir hiss yoxdur ki, mən sənin ananam, sən mənim balamsan. İstəyirəm ki, o da məni dostu kimi qəbul etsin.