Vaqif Mustafayev festivalda münsiflər heyətinin rəhbəri oldu

Vaqif Mustafayev festivalda münsiflər heyətinin rəhbəri oldu
463 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təklifi ilə kinorejissor, xalq artisti, “Space” televiziya kanalının prezidenti Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin rəhbəri seçilib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyindən Axşam.az-a verilən məlumata görə, Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

İlk dəfə 2016-cı ildə təşkil edilən festivala "5 ölkə, 7 şəhər, 1 festival" devizi ilə start verilib. Ötən il festivalın əhatə dairəsi bir qədər genişlənərək 6 ölkəyə və 13 şəhərə çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin iştirakı nəzərdə tutulur və artıq film seçimi başlayıb.

Festival 2018-ci il oktyabrın 2-dən noyabrın 10-dək davam edəcək. Oktyabrın 12-dən 13-dək festivalda fərqlənən filmlərin Bakıda nümayişi keçiriləcək.