Dərini cavanlaşdıran maskalar

Dərini cavanlaşdıran maskalar
1939 dəfə oxunub
  • A-
  • A
  • A+

Yayda günəş şüasından zədələnən üz dərisi payızda daha çox qulluq tələb edir. Bunu bahalı salonlarda edə bilmirsinizsə, heç də üzülməyin. Ev şəraitində hazırlayacağınız maskalarla dərinizə qulluq edə bilərsiniz.


Axşam.az xarici KİV-ə istinadən dərini cavanlaşdırıb, təravətləndirəcək maskalar təqdim edir:

1 stəkan suyun içərisinə 1 xörək qaşığı sirkə tökün. Qarışdırıb üzünüzü onunla silin. Dərini qidalandırıb, ölmüş hüceyrələrdən təmizləyəcək.

Stəkanın 1/4 hissəsinə süd tozu tökün. Üzərinə xəmir halına gələnə qədər su əlavə edin. Üzünüzə sürtün və quruyana qədər gözləyin. Daha sonra ilıq su ilə yuyun.