Namiq Qaraçuxurlu keçmişə qayıtmaq istəyir

Namiq Qaraçuxurlu keçmişə qayıtmaq istəyir
1826 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu sənətə gəldiyi ilk günlərə qayıtmaq istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi ilk vaxtlar səsləndirdiyi mahnılarını yenidən ifa edəcək:

“Sevənlərimdən tez-tez təklif alıram ki, ilk vaxtlarda oxuduğum mahnıları yenidən təqdim edim. Onların əksəri çox sevilib. İndi köhnə üslubda olduğu üçün dinlənilmir. Buna görə də qərara gəldim ki, bir az nostalji hisslər yaşayım. Həmin mahnıları yeni aranjimanda təqdim edəcəyəm. Bu, çoxlarını sevindirəcək”.

Alış-veriş həvəskarı olan meyxanaçı bunun üçün xaricə üz tutur:

“Əvvəl alış-veriş üçün Türkiyəyə gedirdim. Amma çox az seçim var idi. Daha sonra İtaliyaya yollandım. Orada da istədiyimi tam tapa bilmədim. Son vaxtlar Çindən xoşum gəlir. Seçim çoxdur, istədiyin hər şeyi tapmaq imkanın olur”.