21 yaşlı model gözəllik sirrini bölüşdü - Fotolar

21 yaşlı model gözəllik sirrini bölüşdü - Fotolar
2465 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar daha çox adı çəkilən gənc model Qreys Elizabet gözəllik sirrini bölüşüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur dərgilərin üz qabığını bəzəyən Qreys təkcə ideal bədən quruluşu ilə deyil, qüsursuz və parlaq dərisi ilə də diqqət çəkib.

"Victoria's Secret"in 21 yaşlı modeli hər səhər bir neçə damcı avokado yağı ilə üz və boyun nahiyəsini masaj etdiyini bildirib.

"İşim çox olduğundan yuxusuz qalıram. Amma gözümdə şişkinlik olmasın deyə, gecə kremlərindən istifadə edirəm. Bədənimin ideal formada olmasını yoqa və boksa borcluyam. Kefim yerində olmayanda isə yüksək səsli musiqi qoşuram və rəqs edirəm", - deyə Elizabet vurğulayıb.