Azərbaycanlı model ABŞ-da ana oldu

Azərbaycanlı model ABŞ-da ana oldu
2850 dəfə oxunub
  • A-
  • A
  • A+

“Miss Azərbaycan 2014” gözəli Cavidan Qurbanova ana olub.

Axşam.az-ın məlumatına görə, San-Fransiskoda olan modelin oğlu dünyaya gəlib. Xəbəri modelin anası Meri Qurbanova sosial şəbəkədə yayıb.

O, paylaşımında “Şahzadəmiz doğuldu. 36 saat gözlədik. 3600 qram amerika xoşbəxtliyi” sözlərini yazıb.

Qeyd edək ki, Cavidan Azərbaycanı İspaniyada “Queen Beauty Universe 2015” müsabiqəsində təmsil etmişdi. Bir müddət əvvəl model ABŞ-a yaşamağa köçüb. Orada bir oğlanla tanış olan Qurbanova ailə qurub. Cavidanın həyat yoldaşı Orxan Məmmədov da Amerikada yaşayan azərbaycanlıdır.