Ronaldonun sevgilisi yarıçılpaq halda qırmızı xalçada - Fotolar

Ronaldonun sevgilisi yarıçılpaq halda qırmızı xalçada -  Fotolar
2470 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyada Beynəlxalq Venesiya kinofestivalının açılış mərasimi olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 75-cisi keçirilən gecədə Hollivudun sevilən və tanınan simaları iştirak ediblər. 

Məşhur futbolçu Ronaldonun 24 yaşlı sevgilisi Corcina Rodriges gecədə Hollivud ulduzu və model siması kimi qırmızı xalçaya çıxıb. O, mərasim üçün açıq-saçıq obraz seçib. Belə ki, Corcina ingilis mediasının yazdığı kimi "çılpaq" fotokameralar qarşısına keçib.

Ana olduqdan sonra qısa vaxt içində arıqlayan və ideal bədənə sahib olan model bədənini nümayiş etdirib. O, qara rəngli çimərlik geyimini xatırladan bikinili tulum geyinib.

Qeyd edək ki, Rodriges 2017-ci ildə Ronaldo üçün qız övladı dünyaya gətirib.