Bu yay paparassilər İrina Şeyki həyat yoldaşı Bred Kuperlə bir çox yerlərdə görüntüləyiblər.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Nyu-Yorkda uşaq meydançasında, İtaliyada çimərlikdə fotokameralara tuş gələn cütlük bu dəfə də mediadan qaça bilməyib.

İrina və Bredli bu dəfə Parisdə görüntüləniblər. Cütlük qızları Leey ilə birlikdə gəzintiyə çıxıb. Model qara tulum, aktyor isə sadə kofta və göy şalvar seçib.

Şəkillərinin çəkildiyini görən model və aktyor onlara əhəmiyyət verməyiblər. Onlar övladları Leeylə oynamağa davam ediblər.







                 

Digər Xəbərlər