Emildən qızına ad günü hədiyyəsi

Emildən qızına ad günü hədiyyəsi
6586 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Emil Bədəlovun qızı Səadətin 1 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, sənətçi bu günü yaxın dostları və ailəsi ilə birlikdə qeyd edəcək.

Qızına ad günü münasibətilə qızıl dəst hədiyyə alan Emil gecədə çəkiliş olmasına etiraz edib:

“Ailəm və mən çəkiliş edilməsini istəmirik. Buna görə də ad gününü yaxınlarımızla birlikdə qeyd edəcəyik. Qızıma həm Yeni il, həm də ad günü üçün qızıl dəst almışam. Mən bu il bayram qeyd etmədim. Heç bir şou-proqramda da çıxışım olmadı”.