Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli hala düşdü - +16 fotolar

Baş həkimin əməliyyat etdiyi qadın dəhşətli hala düşdü - +16 fotolar
23128 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda özəl xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb.

Axşam.az BakuPost-a istinadən xəbər verir ki, abdominoplastikadan sonra Mehriban Mehdiyeva adlı şəxsin yarasında irin və nekroz yaranıb. O, Bakıda müalicə oluna bilməyib, Türkiyənin məşhur xəstəxanalarına üz tutub.  Lakin türkiyəli həkimlərin də müalicəsinin effekt verməməsi səbəbindən Almaniyaya getməyə hazırlaşır.

Pasiyent iddia edir ki, onun bu vəziyyətə düşməsinin səbəbkarı "İnternational-2” klinikasının baş həkimi, cərrah Elvin Əliyevdir:

"27 iyun 2018-ci il tarixində Nərimanov rayonunda yerləşən "İnternational” klinikasının baş həkimi Elvin Əliyev tərəfindən abdominoplastika əməliyyatı olunmuşam. Əməliyyatdan sonra tikişlərim getdikcə açılırdı, tikişlərin arasından irin, çirk axmağa başladı. Sarğıya gedən zaman Elvin həkimin özünə dedim. Dedi ki, hər əməliyyatdan sonra olan haldır. Hər dəfə orada tibb bacıları yarama betadin qoyub yola salırdılar. 43 gün gedəndən sonra yaram getdikcə böyüyür, araları genişlənir, dərinləşirdi. Bir müddət sonra qızdırmam 39-a qalxdı. Elvin Əliyevə zəng etdim, vəziyyətimin ağır olduğunu dedim, cavabında "taksiylə gəl, orda sənə nə lazımdır olunacaq” dedi”.

Xəstə səhəri günü Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına gedib. Orada başqa bir cərrah yaranı açıb, irindən, ölmüş toxumadan təmizləyib, yaraya ikitərəfli zont, drenaj salıb. Bu əməliyyat 1 saat çəkib.

Əməliyyatdan sonra 8 gün xəstə Cərrahiyyə xəstəxanasında yatıb:

"Hər gün antibiotiklər və sistemlər köçürüldü. Dəfələrlə məni əməliyyat edən həkimə zəng etdim, vəziyyətimi dedim, kömək istədim. O isə konkret cavab demədən, bir həkim yoldaşı ilə əməliyyata verdiyim pulu konvertdə mənə geri göndərdi”.

M.Mehdiyava bildirib ki, E.Əliyev onun kimi bir neçə xəstəni də həmin vəziyyətə salıb:

"Əməliyyatdan sonra mənə yaxın insanlarda və digər  pasiyentlərdə də bu klinikada Elvin həkimin əməliyyatından sonra tikişlərinin açılması, qarına su yığılması barədə narazı fikirlər eşitdim. Hətta uğursuz əməliyyat etdiyindən eyni əməliyyatı 2-3 dəfə təkrarlayıb. Deməli, mən tək deyilmişəm".

Məsələ ilə bağlı Mehriban Mehdiyevada abdominoplastika əməliyyatını edən cərrah Elvin Əliyev açıqlama verib. O, xəstənin ittihamlarının heç birini qəbul etmədiyini bildirib:

"Bu iş hüquq-mühafizə orqanlarının nəzarətindədir və bizim tərəfdən məhkəməyə də verilib. Çünki pasiyent məndən şantaj məqsədilə pul istəyir – 10 000 manat. Özü də demişdi ki, pul alınmasa, bu cür paylaşımlar edəcək. Biz onun şantajına boyun əymədik. O xanımın əlində heç bir tibbi ekspertiza sənədi yoxdur. Ekspertiza rəyi olmadan həqiqətə uyğun olmayan informasiyaların yayılması cinayətdir”.



Elvin Əliyev abdominoplastika əməliyyatında belə halların olduğunu və təcrübəsində ilk olmadığını bildirib:

"Bu əməliyyatı edən bütün həkimlərdə belə halın baş verməsi normaldır. Bu əməliyyatda həkim səhvi yoxdur, bunu da sübut edəcəyik. Xanıma burda müalicə təklif etdik, o razılaşmadı. Bundan sonra hər şey hüquqi müstəvidə həll olunacaq”.