Azərbaycanlı bəstəkar: "Aygün Kazımovayla Eltonun dueti səbr kasamı daşırdı" (VİDEO)

Azərbaycanlı bəstəkar: "Aygün Kazımovayla Eltonun dueti səbr kasamı daşırdı" (VİDEO)
2760 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aygün Kazımova və Elton Hüseynəliyevin ifa etdiyi “Yağış” dueti plagiat çıxıb.

Axşam.az-ın məlumatına görə, son günlər hit olan mahnı ilk sahibindən oğurlanıb.

Bu barədə saytımıza açıqlama verən bəstəkar Zülfü Bədəlov mahnının əsl müəllifinin özü olduğunu iddia edib:

“Mən əvvəllər başqa bir insanla çalışırdım. Aramızda problem oldu və ayrıldıq, amma proyektlər onda qaldı. Sonradan mənim bəstələdiyim, sözlərini yazdığım mahnıların ifaçılar tərəfdən başqa müəlliflərin imzası ilə oxunduğunu gördüm. Röyanın “Sakinim ol” mahnısının söz və musiqisi mənə aiddir. Amma mən yalnız söz müəllifi kimi qeyd edilmişəm. Eləcə də Zamiqin “Sənsən” mahnısında. Halbuki, hər iki mahnının söz və musiqisi mənə aiddir. Bu duet isə səbr kasamı daşırdı. Haqsızlığa artıq dözə bilmirəm. Lazımı qurumlara müraciət edib haqqımı istəyəcəm.Mən mahnının adını  “Sevgimizin yağışı” qoymuşdum. Bunu sübut etmək üçün lazımi qədər dəlilim var. Aygün xanımla  Elton isə mahnını “Yağış” adlandırıb.   Hətta mahnı mənim ifamda “Youtube”da var.

Görəsən, müğənnilər -  xalq artisti Aygün Kazımova və Eltonun ittihamlara cavabı necə olacaq?