Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 19-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq.

Teatrdan Axşam.az-a bildirilib ki, sentyabrın sonrakı günləri teatrın səhnəsində maraqlı səhnə əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Belə ki, sentyabrın 22-də A.Pyatsollanın “Məhəbbət tanqosu” baleti, sentyabrın 23-də M. Maqomayevin “Şah İsmayıl” operası təqdim olunacaq.

Bundan başqa, sentyabrın 26-da Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletləri, sentyabrın 30-da isə C.Puççininin “İl Tabarro” operası göstəriləcək.

Qeyd edək ki, sənət ocağı hər il mövsümü ənənəvi olaraq “Leyli və Məcnun” operası ilə açır.



                   

Digər Xəbərlər