Nazpəri İlhamədən danışdı: - "O, barmağını silkələyərək..."

Nazpəri İlhamədən danışdı: - "O, barmağını silkələyərək..."
3621 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalının “Bazar səhəri” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, aparıcı Rövşanə Bektaşi müğənniyə küsülü olduğu həmkarı İlhamə Quliyeva ilə bağlı sual verib. Onların yeni ildə barışığa imza atmalarının mümkünlüyü barədə soruşub.

Nazpəri Dostəliyeva isə məsələylə bağlı bunları bildirib:

“Böyük səhv İlhamə Quliyevanın oldu. Ətrafında olan insanlar ona nə demişdilərsə, radionu açanda qulaqlarıma inanmadım. Bir dəfə onu bağışladım. Fikirləşdim ki, yaşca böyükdü, hər bir insan səhv edə bilər. Amma daha sonra dedi ki, Nazpəri gəlib mənə yalvardı. Bu, artıq təhqir idi. Mən sənin yaşına-başına hörmət edib bağışlamışdım. Verilişlərin birində mənə “Şərqin nazlı pərisi” titulunu verdi. Zəng açıb dedim ki, siz titul verməkdənsə, hörmətlə yanaşın. Mən onun ətrafındakı müğənnilərdən deyiləm ki, bu titulla fəxr edim.  Mən ulu öndər Heydər Əliyevin imzasıyla verilən əməkdar artist və  ölkə başçısı İlham Əliyevin imzasıyla verilən xalq artisti adlarıyla fəxr edirəm. Mənə titul verib kənarda başqa şey danışmaqdansa, səmimi ol. Gözəl sənətkar olmaq olar, gözəl insan olmaq lazımdır”.

N.Dostəliyeva həmçinin xalq artisti ilə aralarında davam edən məhkəmə prosesinə də toxunub:

“O, canlı yayımda bütün Azərbaycana barmağını silkələyərək bəzi sözlər dedi. Həmin ifadələri dilimə gətirə bilmirəm. Mən də onu məhkəməyə vermişəm".

Xatırladaq ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevanın ATV kanalında yayımlanan “Ümid var” verilişində onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələr işlətdiyini bildirmişdi. N.Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İ.Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyir.