"Azdrama" festivala gedir

"Azdrama" festivala gedir
351 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunacaq Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında teatr “İuda” tamaşasını göstərəcək.

Tədbirdə Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılacaq. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub.

Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası sentyabrın 16-da nümayiş etdiriləcək. Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində
Ayşad Məmmədov özü çıxış edir.