Aygün Kazımova "Duy"la yenilik etdi

Aygün Kazımova "Duy"la yenilik etdi
2983 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova yeni albomunu təqdim edib.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, “Duy” adlanan EP albom Azərbaycan musiqisində növbəti yenilikdir.

Dünyaca məşhur DJ Vendetta tərəfindən hazırlanan “Duy” adlı mahnıda Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir.

Alboma Kazımovanın son günlər səsləndirdiyi 7 mahnısı daxildir.