Zara ölümdən döndü

Zara ölümdən döndü
2462 dəfə oxunub
  • A-
  • A
  • A+
Harbiye açıq hava səhnəsində tamaşaçı qarşısına çıxan müğənni Zara 4 gün əvvəl başına gələn hadisədən danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 gün öncə ölümdən döndüyünü bildirib:

“Böyük bir qəza keçirdim. Hadisə səhərə yaxın Osmanqazi körpüsündə baş verdi. Bir anlıq körpüdən uçuruq kimi hiss etdim. Çox şükür ki, o qəzadan az xəsarətlə çıxdıq. Onda başa düşdüm ki, hər an bir-birimizə qonağıq. Ona görə də bir-birimizin qiymətini bilək. Sanki həyat mənə ikinci dəfə hədiyyə edildi. Bu xəbəri anam eşidib narahat olmasın deyə hər kəsdən gizli saxladım”.