Ayrılıq bir həftə çəkdi

Ayrılıq bir həftə çəkdi
2166 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aktrisa Hande Erçel və Murad Dalkılıçın ayrılması haqda xəbərlər yayılmışdı.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, bir müddətdir görüşməyən ikili ötən gün birlikdə görüntülənib. İddialara görə, Murad Handenin anası müalicə olunduğu üçün aktrisaya zəng edib və Aylin Erçelin vəziyyəti haqda maraqlanıb. Bu isə cütlük arasındakı buzları əridib. Handenin yenidən Dalkılıçın evinə qayıdıb-qayıtmayacağı isə hələ ki, məlum deyil.

Qeyd edək ki, ikili 9 aydır sevgilidir. Aralarında yaranan mübahisəyə görə, aktrisa müğənninin evini tərk etmişdi.