Məşhur müğənni yatdığı yerdə öldü - Video

Məşhur müğənni yatdığı yerdə öldü - Video
2450 dəfə oxunub
  • A-
  • A
  • A+

Rai musiqisinin Əl-Cəzair əsilli ifaçısı Raçid Taha dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, o, Fransanın paytaxtı Parisdə infarkt keçirərək vəfat edib.

Bu barədə sənətçinin ailəsi məlumat verib. Onlar 59 yaşlı Tahanın evində yatarkən infarkt keçirərək öldüyünü qeyd ediblər.

Xatırladaq ki, Raçid 1990-cı illərdə "Ya Rayah", "Abdel Kader" və "Ida" kimi mahnıları il məşhurluğunun zirvəsinə yüksəlmişdi. Bildirilir ki, Taha yeni bir albom üzərində çalışmış və 2019-cu ilin əvvəlində yeni albomu ictimaiyyətə təqdim etməyi planlaşdırırmış.