Gələn ay Azərbaycanda yeni telekanal açılır

Gələn ay Azərbaycanda yeni telekanal açılır
4905 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.

Axşam.az unikal.org-a istinadən xəbər verir ki, qurumun sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.

MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.