“Çölçü” bədii filminin təqdimatı olacaq

“Çölçü” bədii filminin təqdimatı olacaq
1093 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 12-də Nizami Kino Mərkəzində rejissor Şamil Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Çölçü" bədii filminin təqdimatı keçiriləcək.

Ekran əsərinin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, İbrahimxəlil Əminov, bəstəkarı isə Rauf Əliyevdi.
 Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və başqaları çəkiliblər.

AzərTac