Azərbaycanlı rejissor vəfat etdi

Azərbaycanlı rejissor vəfat etdi
1919 dəfə oxunub
  • A-
  • A
  • A+

Teatr rejissoru Ədalət Ziyadxanov dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə əməkdar artist Elxan Rza məlumat verib:

“Tanınmış teatr rejissoru Ədalət Ziyadxanov vəfat edib. Uşaqlıqdan sənətə meyil edib. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışıb. Mədəniyyət və İncəsənət Universitetində, Sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyirdi. Ə.Ziyadxanovun Bakı Bələdiyyə teatrında səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır”.

Qeyd edək ki, rejissor 1946-cı ildə Bakıda anadan olub.