Xalq artisti ingilis əri ilə - Fotolar

Xalq artisti ingilis əri ilə - Fotolar
5543 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva həyat yoldaşı Filiplə tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın Baku.ws-ə istinadən məlumatına görə, açıqlama verən opera ifaçı bir müddət əvvəl ailəsində iki əlamətdar günü qeyd etdiyini deyib:

"Sentyabrın 7-də həm mənim doğum günüm idi, həm də həyat yoldaşımla 15 ilimiz tamam oldu. Filip mənim üçün gözəl gül çələngi aldı və ildönümüzü təbrik etdi. Bilirsiniz ki, 3 övladımız var. Onların tərbiyəsi ilə məşğul oluram. Musiqi məktəbimdə də işlər qaydasındadır. Bildiklərimi tələbələrimlə bölüşürəm. Bu sənətdə əsas məqsədim Azərbaycan klassik musiqisini həm ölkəmizdə, həm də xaricdə tanıtmaqdır".