Röya Zülfiyyə Xanbabayevanı tərifləyəcək

Röya Zülfiyyə Xanbabayevanı tərifləyəcək
2485 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan "Onlar" verilişi maraqlı məqamlarla yadda qalacaq.

7 yanvar, saat 22:00-da efirə gedəcək proqramın növbəti buraxılışında xalq artisti Aygün Kazımova ilə reper Snoop Doggu izləyəcəksiniz.

Əməkdar artist Abbas Bağırov, müğənni Nadir Qafarzadə qalmaqallı açıqlamalar verəcək.
“Özünə bax” layihəsinin rəhbəri Ruhi Əliyeva oğlu Həsənlə birlikdə görüntülənəcək. Müğənni Röya Zülfiyyə Xanbabayevanın ünvanına təriflər yağdıracaq.

İnformasiya dəstəyini Axşam.az saytının etdiyi "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.