40 yaşından sonra ana olan məşhurlar - Fotolar

40 yaşından sonra ana olan məşhurlar - Fotolar
2939 dəfə oxunub
  • A-
  • A
  • A+
Sənət adamlarının başı işlərinə qarışıq olduğundan onlar şəxsi həyatları haqda bir qədər gec düşünürlər. Bu səbədən məşhur simalar adətən gec yaşda ailə qurur və övlad sahibi olurlar.

Axşam.az 40 yaşında sonra ana olan ulduzları təqdim edir:

Salma Xayek – onun Valentina Paloma Pino adlı qızı aktrisanın 40 yaşı olanda dünyaya gəlib. Uşağın atası milyarder Fransua Anri Pinodur.



Holl Berri – 41 yaşında qızı Nalu, 47 yaşında isə oğlu Maseo dünyaya gəlib.



Culiana Mur – “Oskar” mükafatı qalibi 41 yaşında qızı Livi dünyaya gətirib. Onun Bart Freyndlikdən bir oğlu daha var.



Nikol Kidman – aktrisa Kit Urbanla nikahdan olan qızı Sandri Rouzu 41 yaşı olanda dünayya gətirib.



Madonna – Qay Riçi ilə evli olan ifaçı ilk övladını – Ludresi 38 yaşında, oğlu Rokkonu 42 yaşında dünyaya gətirib.
Sənətçi 49 və 50 yaşlarında Devid adlı oğlan, Mersi adlı qız uşağını da övladlığa götürüb.



Selin Dion – kanalı müğənninin mərhum həyat yoldaşı Rene Anjeldən 3 övladı var. O, ilk övladını, oğlu Rene Şarlı tez dünyaya gətirsə də, 42 yaşında Edd və Nelson adlı əkizləri doğub.



Meray Keri – ifaçının keçmiş əri Nik Kennondan olan əkizləri – Monro və Morokkan onun 41 yaşı olanda dünyaya göz açıblar.