"Eurovision 2019" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər bəlli olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışma İsrailin Təl-Əviv şəhərində keçiriləcək.

Bildirilir ki, təşkilatçıların tələblərinə cavab verən yeganə məkan Təl-Əvivdədir.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələləri 14-16 may, final mərhələsi isə 18 may tarixində baş tutacaq.

Xatırladaq ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  “TOY”  ("Oyuncaq") mahnısını ifa edərək, 529 xalla yarışmada birinci yerə çıxıb.

Bundan sonra İsrailin baş naziri Binyamin Netenyahu “Twitter” hesabında Nettanı təbrik edib və müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bəyan edib.

Lakin sonra “Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları və Avropa Yayım Birliyi (AYB) müsabiqənin Qüdsdə keçirilməsinə razılıq verməyib. Təşkilatçılar və AYB yarışın hər hansı münaqişələrə və ya etirazlara yol aça biləcək məkanda keçirilməsinə qarşı olduğunu bildiriblər. Eyni zamanda qeyd edilib ki, İsrail konkursu Qüdsdə keçirsə, bir çox Avropa ölkələri mahnı müsabiqəsini boykot edə bilər.



                 

Digər Xəbərlər