Gündəlik həyatda mütəmadi olaraq yaşadığımız hisslərdən biri də əsəb və stressdir. Davamlı stress depressiyaya gətirib çıxarır. Bəs, depressiyadan çıxmağın hansı yolları var?

Axşam.az xarici mediaya istinadən bu mövzuda sizə kömək edir:

1. Şokolad yeyin. Şokoladın tərkibi insan orqanizmində serotonin maddəsini artırır, bu maddə xoşbəxtlik hormonlarından biridir.

2. Açıq havada gəzin. Havanın insan beyninə olan təsiri də insanı depressiyadan çıxara bilir. Beyinə oksigen çox getdikdə insanın stressi azalır.

3. Dostlarınızla görüşün. Depressiyada olan insan üçün ən əhəmiyyətli şey yeni ətraf mühit və ya hər zamankı dostlarıdır. Evdə tək qalmaq ancaq depressiyanı artıra bilər. Depressiyada olanda tək qalmayın.

4. Hobbinizi ön plana çəkin. İnsan çox zaman beyni bir şeylə məşğul olduğu zaman başqa şeylər haqqında düşünmür. Odur ki, başınızı qatın. Hobbiniz nədirsə, ona daha çox vaxt ayırın, sizi sevindirən işlərlə məşğul olun. Neqativ fikirləri düşünməyə zamanınız olmasın.

5. Probleminizi bölüşün. Sevinc paylaşılanda artır, kədər isə azalır. Problemlərinizi sizə ən yaxın insanla bölüşün. Əgər elə bir insan yoxdursa, psixoloqa da müraciət edə bilərsiniz.

6. Musiqi dinləyin. Musiqi insanda xoşbəxtlik hormonunu artırır. Ancaq pozitiv, şən musiqiləri dinləyin. Hansı ki sizi problemlərdən uzaqlaşdıracaq və üzünüzdə xoş təbəssüm yaradacaq.

7. Səyahət edin. Əgər büdcəniz buna imkan verirsə, səyahət edin. Yeni yerlər, yeni ətraf-mühit və tanışlar da sizə depressiyadan çıxmanıza yardım edəcək.

8. Psixoloqa müraciət edin. Yuxarıda qeyd edilənlərə əməl etdikdən sonra hələ də depressiyada qalmış olsanız psixoloqa müraciət edin.


                   

Digər Xəbərlər