Sevda efiri tərk etməsinə belə aydınlıq gətirdi

Sevda efiri tərk etməsinə belə aydınlıq gətirdi
4380 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Səhər-Səhər” verilişini yarımçıq tərk edən müğənni Sevda Sanəliyeva ilə aparıcı Elgiz Əkbər arasında münaqişə yaranıb.

Axşam.az xəbər verir ki, Yenicag.az-a danışan Sevda məsələyə belə aydınlıq gətirib:

“Elgiz Əkbər veriliş başlayandan sona qədər mənim ifa etdiyim “Leyli” adlı mahnını tənqid etdi. O, mahnının uğursuz olduğunu deyib, tamaşaçılarımı zövqsüz adlandırdı. O kimdi ki, mənim tamaşaçılarıma zövqsüz desin?! Bu da mənə xoş gəlmədi və efiri yarımçıq tərk etdim. Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi”.

Qeyd edək ki, Sevda bu gün ARB-nin “Səhər-səhər” verilişini yarımçıq tərk edib. İzləyicilər bunu müğənninin canlı ifadan qaçması kimi dəyərləndirib.