Yatmazdan əvvəl bunları edin

Yatmazdan əvvəl bunları edin
3297 dəfə oxunub
  • A-
  • A
  • A+

Evə gələndə bütün günün yorğunluğunu atmaq üçün yatmaq istəyi yaranır. Amma daha vacib məsələlərdən biri də üz dərinizin səhər açılanda parlaq və ürəkaçan olmasıdır.

Axşam.az yatmazdan əvvəl etməli olduğunuz bur neçə qaydanı təqdim edir:

Makiyajı dərhal təmizləyin

Sağlam dəri üçün mütləq makiyajı təmizləməlisiniz. Dəri tipinizə uyğun vasitələrdən istifadə daha məqsədəuyğundur. Cildinizə ziyan vurmadan 30 saniyə boyunca dərini ovaraq təmizləməyə çalışın.

Üzünüzü yuyarkən diqqətli olun

Üzünüzü ilıq su ilə yuyun. İlıq su qan axışını tənzimləyir və dərinin canlı görünməsinə imkan yaradır.

Dərini qurulamağa diqqət edin

Dərinizi yuduqdan sonra təzə dəsmalla qurulayın. Sərt hərəkətlərdən istifadə etməyin.

Maska istifadə edin

Yorulan və kirlənən dərinizi rahatlaşdırmağa maskalar yardımçı olacaq. Dəri tipinizə uyğun maskalar işlədin.

Üzünüzü nəmləndirməyi unutmayın

Dərinizin sağlam və canlı görünməsi üçün ən vacib amil nəmləndirici kremlərdir.

Yatmazdan əvvəl duş alın

Dərini rahatlaşdırmaq üçün ilıq su ilə duş alın. Bu, yorğunluğunuzun çıxmasına kömək edəcək.

Əl və ayaqlarınız nəmləndirin

Üzünüz və bədəninizlə yanaşı əl və ayaqlarınızı da nəmləndirin.