Xalq artisti Yaşar Nuri ilə bağlı gizli məqamlar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, ARB-nin “Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbər aktyorun ölümü ilə bağlı gözlənilməz fakt açıqlayıb.

O, bildirib ki, bəzi mənbələr Y.Nurinin öldürdüyü haqda məlumatlar yayıb:

"Deyilənə görə, rəhmətlik yaşaya bilərdi. Axırıncı dəfə müalicə olundu. Ona demişdilər ki, spirtli içki içmək olmaz. Kimsə ona bilərəkdən içki içirdib".

Mərhum sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva da məsələyə aydınlıq gətirib. O, xəbərin yalan olduğunu söyləyib:

"Yaşar mənim həyat yoldaşımdırsa, onun haqda gəlib məndən soruşsunlar. Kimsə nəsə deyirsə, bu düzgün deyil. Ona görə onun haqda çıxan xəbərlərin hamısı yalandır. Yaşar 6-7 il qaraciyərində olan xəstəlikdən əziyyət çəkirdi". 



                 

Digər Xəbərlər