Bu məşhurların övladları birinci sinfə getdi - Fotolar

Bu məşhurların övladları birinci sinfə getdi - Fotolar
11188 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Bilik Günüdür.

Axşam.az-ın məlumatına börə, bir çox məşhurun övladı da bu gün birinci sinfə qədəm qoyub.

Uşağını ilk dəfə məktəbə yola salan məşhurların siyahısını təqdim edirik:

Müğənni Günel Məhərrəmovanın oğlu Əli bu gün birinci sinfə gedir. Sənətçi övladını n məktəbdə çəkilmiş şəklini "Şükür bu günə" qeydi ilə sosial şəbəkədə paylaşıb.



Bu gün birinci sinfə gedənlərdən biri də əməkdar artist Babək Niftəliyevin oğlu Mehdidir. Babək övladının şəklini
paylaşaraq “1-ci sinfə getmə münasibətiylə bütün körpələri, eyni zamanda Mehdi balamı təbrik edirəm” şərhini yazıb.



Müğənni Xuraman Şuşalının qızı Sura da bu gün məktəbə gedib. İfaçı "Təbriklər, biz artıq şagird adını qazandıq" deyə bildirib.



Müğənni Nazənin də oğlu Orxanı birinci sinfə yola salıb. O, övladı ilə paylaşdığı fotoya "Balamın ilk günü məktəbdə" qeydini yazıb.



Müğənni Elçin Hüseynovun oğlu Pənah üçün də bu gün ilk dərs günüdür. Sənətçi övladının fotosunu paylaşaraq "15 Sentyabr, Bilik Günü və Yeni dərs ili münasibəti ilə bütün şagirdləri təbrik edirəm. Bu gündən Pənah da birinci sinif şagirdi oldu. Uğurlar" sözlərini qeyd edib.



Müğənni Aygün Mahmudova və rejissor Kənan Mahmudovun qızı Fatimə birinci sinfə gedənlər sırasındadır. Aygün övladının məktəbli fotolarını İnstaqram səhifəsində yayımlayıb və "Fatiməmin simasında bütün uşaqların Bilik Gününü təbrik edirəm" yazıb.