ATV-də yayımlanan "Gündən-günə" verilişində maraqlı anlar yaşanıb.

Axşam.az xəbər verir ki, proqrama qonaq olan müğənni Sevinc Musayeva ona göndərilən hədiyyəni qəbul etməyib.

Belə ki, Bilik Gününə həsr olunan verilişdə aparıcı Əkbər Əlizadə Sevincə məktəb illərində ona aşiq olan bir şəxsdən gül hədiyyəsi gəldiyini deyib. Hədiyyəni efirə gətirdikdə ifaçı onun kim tərəfindən göndərildiyini soruşub.

Əkbər həmin şəxsin adını söyləmədiyini, lakin Sevincin də illər əvvəl onu sevdiyini söyləyib. Bunu eşidən Musayeva hədiyyədən imtina edib:

"Məni məktəb illərində çoxu sevib. Amma mən heç kimi sevmənişəm. Əgər həmin şəxs adını demirsə, onda hədiyyəsini də istəmirəm".



                 

Digər Xəbərlər