Tanınmış model ad günündə öpüşdü - Fotolar

Tanınmış model ad günündə öpüşdü - Fotolar
3822 dəfə oxunub
  • A-
  • A
  • A+

35 yaşını qeyd edən məşhur türkiyəli model Çağla Şikəl təşkil edilən gecəyə ən önəmli şəxsləri çağırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı, müğənni Əmrə Altuğun bu özəl gün üçün bağlatdırdığı məkana Mələk Baykal, Alişan, Ceyda Düvənci, Hakan Akkaya, İvana Sərt, Yonca Evcimik, Bəkir Aksoy  və digər qonaqlar gəlib.

Ad günü tortunu Əmrə Altuğla birgə kəsən model hədiyyə yağışına tutulub. Alınan hədiyyələr məkanın işçiləri tərəfindən cütlüyün avtomobilinə aparılıb. Oriental rəqslərin yer aldığı tədbir səhər saatlarına qədər davam edib. Özləm Yıldız və İvana Sərt tədbirin ən çox əylənən cütlüyü olub. Göbək rəqsi oynayan qonaqlar digərlərini də şənləndirib.

Çağla Şikəl və Əmrə Altuğ doğum günündə çəkilən şəkillərin mətbuatda əks olunmasına görə hər kəsdən üzr istəyib:

“Şənbə günü ailəmiz və yaxın dostlarımızla keçirdiyimiz ad günü partisində çəkilən və icazəmiz olmadan heç bir yerdə yayımlanmayacağı haqda zəmanət verilən fotolar mətbuata sızdırılıb. Yaşanan bu kədərli vəziyyətə görə bizi doğum günü partisində yalnız buraxmayan dostlarımızdan üzr istəyirik”.