Azərbaycanlı müğənninin evlilik təklifi ələ salındı - Video

Azərbaycanlı müğənninin evlilik təklifi ələ salındı -  Video
9038 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnar Xəlilov bəstəkar Aysel Nəcəfli ilə nişanlanıb.

Axşam.az-ın məlumatına görə, cütlüyün nişan günündən görüntü sosial şəbəkədə paylaşılıb.

Eyni zamanda sənətçinin gələcək həyat yoldaşına evlilik təklifi edərkən lentə alınan görüntüsü yayılıb. Onun bu zaman qıza “Sənin əlindən tutmadım. Aramızda saf sevgi oldu. Aramızda kirlədici hisslər olmadı. Sənə barmağım belə toxunmadı. Halalım olmadığın üçün bu gün də əlindən tutmuram. Qarşında diz çökməyəcəm. Üzüyü öz barmağına taxa bilərsən?” dediyi sözlər tənqid edilib. Sosial şəbəkədə müzakirələrə səbəb olan görüntü, ələ salınıb.