“Anam ağacdan yıxılıb ölüb” - Vüqar Muradov

“Anam ağacdan yıxılıb ölüb” - Vüqar Muradov
4301 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Boş anlar” verlişi yeni mövsümə start verib.

Axşam.az-ın məlumatına görə, mövsümün ilk qonağı müğənni Vüqar Muradov olub. İfaçı ailəsi haqda danışıb:

“Gənc yaşda faciəvi şəkildə anamı itirmişəm. Bu elə bir sızıltıdır ki, təmiri yoxdur. Anam çox zəhmətkeş qadın idi. Alman dili müəlliməsi idi. Atam işsiz qaldıqdan sonra anam həm alman dilindən uşaq hazırlayardı, həm də meyvə yığıb mürəbbələr bişirərdi. Səhər saat 6-da durub işə başlayırdı, gecə 12-də yatmağa gedirdi.

2005-ci ildə bir gün yağış yağmışdı, səhəri gün isə anam incir ağacına çıxmışdı. Mən evdə yox idim. Bir budaq qırılıb, aşağıdakı budağa dəyərək anamı qaldırıb yerə çırpıb. Nəticədə anamın ciyəri partladı və boynu sındı. Mən Bakıda idim. Bir həftə, 10 gün öncə anamı yuxuda ölən görmüşdüm. Durdum ağlaya-ağlaya anama zəng vurdum ki, ana bəs səni yuxuda ölən görmüşəm. Anam isə mənə “ay oğul, ömrümü uzatmısan” dedi. Sən demə bu ömür uzatmaq deyilmiş”.