Yusiflə Əkbər yer dəyişdirdi

Yusiflə Əkbər yer dəyişdirdi
2252 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Yusif Ağayev bir neçə ildir aparıcısı olduğu “10-dan sonra” verilişindən birdəfəlik gedib.

Axşam.az-ın məlumatına görə, Yusif yay istirahətinə yollandığını, proqramı əməkdar artist Əkbər Əlizadəyə müvəqqəti həvalə etdiyini söyləmişdi.

Məlum olub ki, Ağayev bundan sonra “10-dan sonra”ya qayıtmayacaq. O, “ATV səhər”ə aparıcılıq edəcək. Verilişin digər aparıcıları isə Lalə Azərtaş, Azər Axşam və Jalə Həsənlidir.

Əkbər isə bu mövsüm “10-dan sonra” verilişi ilə tamaşaçıların qarşısına çıxacaq.