Muradın verilişi bağlandı

Muradın verilişi bağlandı
2168 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Murad Əzimzadənin ATV-də yayımlanan “Bağ mövsümü” verilişi final edib.

Axşam.az-ın məlumatına görə, yayda yayımlanmağa başlayan proqramda aparıcı məşhurların bağ evində qonaq olurdu.

Murad bildirib ki, yayın bitməsi ilə əlaqədar o da proqramı başa vurub. Aparıcı növbəti yay mövsümündə sözügedən layihəsinə yenidən start verəcəyini də bildirib.