Nigarla Tolik İradəyə görə küsülüdür

Nigarla Tolik İradəyə görə küsülüdür
2094 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-prodüser Tarix Əliyevlə (Tolik) vizajist Nigar İbrahimova küsülüdür.

Axşam.az-ın məlumatına görə, prodüser bu haqda “Hər şey daxil” proqramında deyib. O bildirib ki, küsmələrinə səbəb vizajistin bacısı müğənni İradə İbrahimova olub:

“Nigarla danışmıram, onu salamlamıram. İldə bir dəfə onunla dava edirik, yeni mövsümdə barışırıq. Əsas odur ki, anasına hörmət edirəm. Nigar anlamır ki, İradə şou-biznesdi. Aramızda problem ola da, olmaya da bilər”.

Qeyd edək ki, İradə "ATV maqazin onlarla" verilişində əməkdar artist Röya Ayxanın Türkiyədə tanınmadığını demişdi. Onlar arasında yaşanan qalmaqala Tolik də qoşulub, İradəni qınamışdı.