"Münasibətimiz yaxşıdır" - Elza keçmiş ərindən danışdı

"Münasibətimiz yaxşıdır" -  Elza keçmiş ərindən danışdı
1849 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu sənət mənim üçün çox çətin oldu. Elə janrda çıxış etdim ki, biri elə düşündü, biri də belə. Ailə üzvlərim də mənə görə narahat olurdu. İndi qazancım üçün el şənliklərinə gedirəm. Bu həyatda özüm üçün yaşamamışam. Nə etmişəmsə, ancaq qohumlar, dostlar, ailə üçün etmişəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan “Düz bazar” verilişində deyib. Şəxsi həyatından danışan müğənni boşandığı əri ilə bağlı sualları cavablandırıb:

"Ailəm müəyyən səbəblərə görə dağıldı. Amma münasibətimiz normal olaraq qalır. İstəsəniz yoldaşıma bu dəqiqə zəng edə bilərəm. Uzaq rayonlara gedən zaman zəng edir ki, sən getmə, mən gəlib səni aparım".