Keçmiş əri Vüsalənin şəklini paylaşdı

Keçmiş əri Vüsalənin şəklini paylaşdı
13470 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Azər Zahid keçmiş həyat yoldaşı Vüsalə Əlizadə və qızı Diləyin fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, o, şəkli 168 minlik İnstaqram səhifəsində yayımlayıb. Aparıcı fotoya bu başlığı yazıb:

“Uşağımızın xoş günüdür. Bunu istədim paylaşdım. Atası ilə şəkli vardı, anası ilə də olsun.”

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Onların bir araya gəlməsinə səbəb qızları Diləyin birinci sinfə getməsi olub.