"Deyirdi ki, ayın 1-də öləcəm" - Əməkdar artistin qardaşı

"Deyirdi ki, ayın 1-də öləcəm" -  Əməkdar artistin qardaşı
2336 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Öz evimizdir” proqramının ilk buraxılışı mərhum əməkdar artist Həsənağa Sadıqova həsr olunub.

Axşam.az xəbər verir ki, proqramda sənətçinin yaxınları onun keçdiyi həyat yolundan, sənətindən söz açıblar. Onun qardaşı Əlifağa Sadıqov isə mərhumun ölümündən əvvəlki halından bəhs edib:

“Ölümündən bir müddət qabaq çəkiliş gəlmişdi. Atamın, babamın məzarı üstünə apardı. Dedi ki, mən də bura gələcəm. Həmin yerdə də dəfn olundu. Rəhmətə getməzdən bir müddət əvvəl elə bil ki, kimlərləsə danışırdı. Hiss etdik ki, babamla danışır. Deyirdi ki, darıxma gələcəm, ayın 1-i ordayam. Avqustun 1-i deyirdi. Ayın 1-ində də rəhmətə getdi”.