69 yaşlı aktyor ikinci dəfə ata olacaq - Fotolar

69 yaşlı aktyor ikinci dəfə ata olacaq - Fotolar
1672 dəfə oxunub
  • A-
  • A
  • A+

69 yaşlı Hollivud ulduzu Riçard Gir ikinci dəfə ata olacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə aktyorun 35 yaşlı arvadı Aleksandra Silva məlumat verib.

O, Riçardla fotosunu sosial şəbəkədə paylaşaraq yazıb:

"Övladımız üçün xeyir-dua alırıq. Bu xəbəri gizli saxlayırdıq. Çünki xeyir-duasız heç nə demək istəmirdik".

Qeyd edək ki, bu, hər ikisinin ikinci övladıdır. Belə ki, aktyorun aktrisa Keri Loueldən 17 yaşlı Qomer adlı bir oğlu var. Silva isə 2012-ci ildə keçmiş ərindən Albert adlı oğlu dünyaya gəlib.

Qeyd edək ki, Riçard və Silva 2014-cü ildən eşq yaşayır. Bu ilin aprelində isə cütlük evlənib.