72 yaşlı Ajdaya özündən 50 yaş kiçik həmkarından sevgi etirafı - Fotolar

72 yaşlı Ajdaya özündən 50 yaş kiçik həmkarından sevgi etirafı - Fotolar
3342 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ajda Pekkan ötən gün konsert proqramı ilə çıxış edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı ifaçı səhnədə 22 yaşlı gənc müğənni Cem Yenellə duet oxuyub.

Konsertdən fotonu sosial mediada paylaşan Cem Ajdaya eşq elan edib:

"Deyəsən, sizə aşiq oldum. Gözlərimi sizdən çəkə bilmirəm. Çox fərqli bir enerjiniz var. İlk dəfə professional səhnədə onunla üz-üzə çahnı oxumaq qürurverici hissdir. Bu enerjiyə aşiq olmamaq mümkün deyil. Siz çox özəl birisiniz".