Ankarada Türkiyənin “TRT Avaz” telekanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb.

Axşam.az-in məlumatına görə, proqram, həmçinin Azərbaycan İctimai Televiziyasında canlı yayımlanıb.
Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Prezident Simfonik Orkestrinin və xalq artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi TRT Dövlət Xorunun, azərbaycanlı və türkiyəli solistlərin müşayiəti ilə qardaş ölkələrin məşhur bəstəkarlarının əsərləri səsləndirilib.

Xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov və Azərin, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün də çıxışları gecədə yer alıb.

Konsertdə xalq artisti Aygün Səmədzadənin Cümhuriyyətin böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış iki əsəri-“Türk ordusuna” və “Bismillah” rəğbətlə qarşılanıb.

A.Səmədzadə “Əsərlərimin bu samballı sıralamada yer aldıgına görə mənimlə bərabər sevinənlərə, sənətimizlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdıgımız bütün sənət adamlarına təşəkkürümü bildirirəm” deyə bildirib.

 
 
 
 
 


                 

Digər Xəbərlər