Fəxri ad alan məşhurlara medallar verildi - Fotolar

Fəxri ad alan məşhurlara medallar verildi - Fotolar
3500 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.

Axşam.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir.

Nazir qeyd edib ki, təqdimat mərasiminin musiqi günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni, “Tərəqqi” medalları ilə təltif edilmiş, “Xalq artisti”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar artist”, “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Mərasimdə, həmçinin nazirliyin döş nişanlarına layiq görülən şəxslər də təltif edilib.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.