"Nə gündədir, avtobusla gedir" - Elgiz başına gələnlərdən danışdı

"Nə gündədir, avtobusla gedir" - Elgiz başına gələnlərdən danışdı
3011 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Pəncərə" verilişinin qonağı aparıcı Elgiz Əkbər olub.

Axşam.az xəbər verir ki, E.Əkbər başına gələn macəralardan danışıb.

Uzun illərdən sonra avtobusdan istifadə edən aparıcı insanların onun haqda dediklərindən təəccübləndiyini bildirib:

"Uzun illər idi avtobusa minmirdim. Çox xoş gəldi mənə. Amma burnumdan gətirdilər. İnsanların baxışları, münasibəti, qulağım eşidə-eşidə onların dediyi sözər məni çox üzdü. Yanımda duran bir qadın o birinə deyir ki, "Az, bu nə gündədir, avtobusla gedir? Bunun maşını yoxdur görəsən?"... O biri də deyir ki, "Niyə yoxdur? Var. Onların hər şeyi var. Özlərini göstərirlər". Ay balam, avtobusa minib mən niyə özümü göstərim? Vecimə də almadım. Üzümdə belə bir ifadə var idi ki, heç eşitmirəm, görmürəm"

Elgiz bundan sonra yenə avtobusa mindiyini bildirib:

"Bu o demək deyil ki, mən avtobusa minməyəcəm. O hadisədən sonra da avtobusda getmişəm. İnsanların aqressiyasını mən orada gördüm. Biz bir-birimizə qarşı kəmhövsələlik nümayiş etdiririk. Birimizin sözü digərimizin boğazından keçmir. Biri deyir bu tərəfə dur. Bir az o tərəfə keçsən nə olar? Yaxud, əlimdə çanta var. Keçəndə dəydi kiminsə ayağına. Dünyanın axırıdır bəyəm? Burada nə var ki? O adamı "Korsan, Görmürsən?" deyib acılamaq nəyə lazımdır? O elə görmədiyindən oldu da".