Aparıcılar Cavid Gül və Mirsalam Mirsalamov yenidən ATV-də çalışacaq.
Axşam.az-ın məlumatına görə, aparıcılar telekanalın yeni mövsüm üçün hazırladığı tanıtım çarxında yer alıblar.
Onların hansı verilişlə efirə çıxacağı hələ açıqlanmır.
Qeyd edək ki, Mirsalam 6 ildən çoxdur ATV-dən çıxıb. Cavid isə uzun müddətdir efirdən uzaq qalıb. O, sonuncu dəfə “Xəzər” telekanalında aparıcılıq edirdi. Daha sonra isə ATV-də Azər Axşamın verilişinə aparıcılıq edirdi.